
22.12.2025
22 dekabr 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsi şəhidi Bağırov Mirsədi Mircəfər oğluna həsr edilmiş açıq dərs keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət
Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü
uğrunda canlarından keçən şəhidlərimizin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxışlar edilərək şəhid Bağırov Mirsədi Mircəfər oğlunun həyatı, keçdiyi döyüş, göstərdiyi qəhrəmanlıqlar və 44 günlük Vətən müharibəsində
qazandığımız qələbə haqqında danışılıb.
Daha sonra şagirdlər vətənpərvərlik ruhunda şeirlər
səsləndirib, mahnılar ifa ediblər.