Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bərdə Tarix-Diyarşünaslıq Muzeyində, “Əbədiyaşar lider” adlı tədbir keçirilib

10.12.2025

10 dekabr 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə Tarix-Diyarşünaslıq Muzeyi və Ağdam rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr edilmiş, “Əbədiyaşar lider” adlı tədbir təşkil  edilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə  çıxış edən natiqlər Heydər Əliyevin  keçdiyi həyat yolu, Azərbaycan mədəniyyəti və incəsənətinə  göstərdiyi diqqət və qayğıdan danışıblar. Sonra Ulu öndərə həsr edilmiş film nümayiş etdirilib.

Tədbirin sonunda qonaqlara muzeydəki eksponatlar haqqında ətraflı məlumat verilib.

 

61.2 KB

 

130.1 KB

 

132.8 KB

 

185.3 KB

 

143.8 KB

 

52.7 KB

 

48.3 KB

 

143.1 KB

 

150.7 KB